Nazirlər Kabineti “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında” ölkə Prezidentinin 10 oktyabr 2024-cü il tarixli Sərəncamının icrasının təmin edilməsi barədə sərəncam verib.
Prezidentdən su ehtiyatları ilə bağlı - SƏRƏNCAM
FED.az xəbər verir ki, sərəncamı Baş nazir Əli Əsədov imzalayıb.
Sərəncama əsasən, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini təmin etmək məqsədilə mövcud rəqəmsal resurslar əsasında "Strategiyanın icrasının monitorinqi və hesabatlılıq modulu”nun formalaşdırılmasını 6 ay müddətində təmin etməli və növbəti ildən Strategiyanın monitorinq və qiymətləndirilməsini Modul üzərindən həyata keçirməlidir.