"Sahibsiz heyvanlara rəhmsiz rəftar edənlərə qarşı cərimələr tətbiq edilir. Artıq həmin cərimələrin məbləğinin artırılıması ilə bağlı layihə hazırlanıb".
Eləcə də bax: Azərbaycanda qanunsuz heyvan ovuna görə cərimələr - 10 DƏFƏ ARTIRILIR
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu fikirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə “Ekspert saatı”nda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinə görə sahibsiz heyvanlara rəhmsiz rəftar edənlərə qarşı 500 manat məbləğində cərimə tətbiq olunur: “Sosial şəbəkədə dəfələrlə heyvanlara qarşı kobud rəftarların şahidi olmuşuq. Bu hərəkətin qarşılığında 500 manat azdır. Ona görə də cərimələrin bir neçə dəfə artırılması, digər ağır məsuliyyətin təyin olunması üçün ölkədaxili razılaşma üçün müvafiq rəylərin alınmasına təqdim edilib”.