“Növbəti iki gündə Azərbaycan ərazisində hava şəraiti sabit keçəcək”.
FED.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O bildirib ki, bu gün - fevralın 6-da gün ərzində müşahidə olunan güclü şimal-qərb küləyi axşama doğru tədricən mülayimləşəcək: “Növbəti iki gündə ölkə ərazisində mülayim şimal küləyi əsəcək”.
G.Məmmədova qeyd edib ki, fevralın 7-8-də ölkə ərazisində hava şaraitinin mülayim və gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir: “Havanın temperaturu paytaxtda 8-11, Mərkəzi Aran rayonlarında 11-16, dağlıq ərazilərdə 8-13 dərəcə isti təşkil edəcək”.