Xəbər verildiyi kimi, ötən həftə prezident İlham Əliyev dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında sərəncam imzalayıb.
Layihəniin reallaşdırılmasında məqsəd Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması, ölkənin su təhlükəsizliyi, əhalinin içməli su ilə təminatının artırılması və bu sahəyə yeni texnologiyaların cəlb edilməsidir.
İqtisadiyyat Nazirliyi, Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə layihənin icrası ilə əlaqədar zəruri tədbirlər görülməsini təmin etsin;
Sərəncama əsasən, layihənin reallaşdırılması İqtisadiyyat Nazirliyinə həvalə edilib. Nazirlik və digər dövlət qurumlarının cəlb edilməsi ilə ölkədə ilk dəfə olaraq dəniş suyunun şirinləşdirilməsi üzrə böyük müəssisə qurulacaq.
Hələlik layihəyə yeni start veridiyinə görə, onunla bağlı detallar, o cümlədən müəssisənin yeri, istifadə olunacaq, texnologiyala, və şirinləşdirmə üsuları məlum deyil.
Eləcə də layihənin texniki iqitsadi əsaslandırılması – suyun şirinləşdirilməsinə çəkiləcək xərclər və resurslar (xüsusilə elektrik enerjisi), eləcə də layihədən alınan şirin suyun maya dəyəri və qiyməti bilinmir.
Sərəncamdan yalnız o məlumdur ki, dövlət bu üsulla əldə edilən suyu istehsalçı şirkətdən satın alacaq və sonra bu su həcmi mövcud infrastrukturla əhaliyə paylanacaq.
Qeyd edək ki, dəniz suyunun şirinləşdirilməsi ilə üsulu ilə su problemini həll etmək təcrübəsi dünyada çoxdan istifadə edilir.
Hələ 1945-ci ildə İngiltərədə ilk belə qurğu tikildi - burada suyu qaynadıb distillə olunmuş su alırdılar. Bu üsul çox bahalı və enerji aparan idi.
Yeri gəlmişkən, qeyd edək ki, dünyada ilkin termiki üsulla dəniz suyunu şirinləşdirən qurğu vaxtilə məhz Bakıda - Bayıldakı "Krasin" adına istilik-elektrik stansiyasında tətbiq olunmuş və sonradan ərp yaranma problemini həll etmək mümkün olmadığı üçün istifadəsi dayandırılmışdır.
Ən səmərəli üsul – əks osmos (Reverse osmosis/RO) üsulu isə 1960-cı illərdən başlayıb. Bu sistemlə işləyən ilk qurğu Küveytdə tətbiq edilib, hazırda bütün şirinləşdirilən suyun 70%-i bu üsulun payına düşür.
Hazırda bu sahənin pionerlərindən biri İsraildir və Azərbaycanla bu ölkə arasında münasibətlərin hazırki səviyyəsini nəzərə alanda, böyük ehtimalla, Azərbaycandakı müəssisənin qurulmasında da İsrail şirkətləri iştirak edə bilər.
Dünyada su qıtlğı hər bir ölkənin probleminə çevrilib
Ümumiyyətlə, dünyada su qıtlığı və çətinliyi olmayan ölkələr barmaqla sayılacaq qədərdir, ölkələrin əksəriyyətində bu problem mövcuddur və gündən-günə artır. Əksər hallarda problemin həlli kimi dünya okeanı, və ya dəniz suyunun şirinləşdirilmsi nəzərdə tutulur. Hazırda dünyada olan suyun 97,5%-i okeanda dənizlərdəki duzlu sudur. Şirin su isə cəmi 2,5%-dir.
Hazırda dünyada 16 mindən artıq dəniz suyunu şirinləşdirən qurğu işləyir.
Beynəlxalq Dimineralizasiya Assosiasiyasının məlumatına görə, bu qurğular gündə 95 milyon kubmetr şirin su istehsal edirlər. «LUX Research» şirkətinin hesabatına görə 2050-i ildə dünyanın əhalisi indiki ilə müqayisədə 50% artıq olacaq, onların tələbatını ödəmək üçün isə 3 dəfə artıq şirin su tələb olunacaq.
Şirinləşmənin böyük xərcləri
Su probleminin həlli üçün ilk baxışdan dəniz suyunu şirinləşdirmək ən əlverişli üsuldur. Okean suyu boldur, texnologiya var, amma bir problem bu üsulun bahalığıdır. «Food & Water Watch» şirkətinin məlumatına görə, dəniş suyunu şirinləşdirməklə şirin su istehsalı, ənənəvi üsulla şirin su almaqdan 3 dəfə baha başa gəlr.
Üstəlik belə müəssisələrin qurulması üçün böyük vəsait tələb olunur ki, bu heç də bütün ölkələrə müyəssər olmur.
Bu baxımdan ən yaxşı vəziyyət ərəb ölkələrindədir. Doğrudur, orada da şirinləşdirmənin maya dəyəri az deyil, amma ərəb ölkələrinin pul problemi də yoxdur. Və onlar bu sahədə böyük pullar yatırırlar.
İndiyədək təkcə Səudiyyə Ərəbistanı suyun şirinləşdirilməsi layihələrinə 14,6 milyrd dollar, Birləşmiş Ərəb Əmirlikləri 10,3 milyard dollar, İordaniya isə 4 milyard dollardan artıq vəsait yatırıb.
Bunun nəticəsidir ki, hazırda dünyada şirinləşdirilən suyun 30%-i Səudiyyə Ərəbistanının payına düşür. 2019-cu ildə Səudiyyə Ərəbistanınla istifadə olunan şirin suyun 60%-i məhz şirinləşdirmə qurğuları vasitəsilə alınan su olub. Birləşmiş Ərəb Əmirliklərində isə istifadə olunan suyun 50%-ni belə qurğulardan alınan su təşkil dir.
Azərbaycanda da dəniz suyu şirinləşdirilir – gündə 2 min kubmetr
Qeyd edək ki, hələ 2013-cü ildə dövlət baçısının tapşırığı ilə Salyan rayonunun Xıdırlı kəndində dəniz suyunu içməli su səviyysinə qədər təmizləməyə imkan verən Tərs Osmos membranları ilə təchiz olunan və yüksək texnologoiyalara əsaslanan zavod inşa edilib.
İlkin mərhələdə zavod sutkada 1000 kubmetr şirin su istehsal edib. Sonra bu, iki dəfə artırılaraq sutkada 2000 kubmetrə çatdırılıb.
Zavodda gələcəkdə az məsrəfli əlavə işlər görməklə alınan təmiz suyun həcmini 20 000 kubmetrədək çatdırılmasına imkan verəcək müvafiq infrastruktur yaradılıb ki, bu da Azərbaycanda su qıtlığının aradan qaldırılması yolunda atılan mühüm addımlardandır.
Təkcə Salyanda deyil, Şirvan kollektorunun suyunun da suvarılmaya yararlı olması üçün işlər görülüb və görülməkdədir. Burada 2012-ci ildə sutkada 2500 kubmetr gücündə qurğu quraşdırılıb. Dörd il sonra ikinci bir qurğu da inşa edilib ki, onun da gücü iki dəfə artıq su istehsal etməyə imkan yaradıb. 2013-cü ilin yanvarından istismara verilmiş Dəniz suyunun duzsuzlaşdırılması zavodu və Şirvan kollektorunun suyunun duzsuzlaşdırılması qurğularında bu günədək 6 milyon kubmetrdən artıq su istehsal edilib.
Dəniz suynun şirinləşdirilməsi qiyməti
Nə qədər baha olsa da, texnologiyanın inkişafı və yeni üsulların tətbiqi ilə dəniz suyunun şirinləşdirilməsi üzrə maya dəyəri getdikcə azalır. Məsələn, 2000-ci ilə qədər Cənubi Kaliforniyada şirinləşdirmə üsulu ilə alınan suyun maya dəyəri ənənəvi suyun maya dəyərindən 30 dəfə baha idisə, hazırda bu fərq cəmi 2 dəfədir.
ABŞ-da fəaliyyət göstərən Amerika Membran Texnologiyaları Assosiasiyasının məlumatına görə, adi suyun bir kubmetrinin alınması xərcləri 0,9-2,5 dollar olduğu halda, dəniz suyundan şirin su alınması xərcləri 1 kubmetr üçün 1,5-3 dollar təşkil edir. Bəzi şirkətlərdə isə bu rəqəm 0,8-2,1 dollara enib.
Şirin su zavodu necə işləyir – şirin suyu necə alırlar?
Hazıda dəniz suyunu duzdan təmizləyərək şirin su almaq üçün bir neçə üsul mövcuddur. Bunlar kimyəvi, elektrodializ və əks-osmos üsullarıdır.
Kimyəvi üsulda suya buraxılan reagentlər duzla reaksiyaya girərək onu çökdürür.
Elektrodializ üsulu daha mürəkkəbdir – burada elektroliz hadisəsi baş verir ki, molekulların parçalanması nəticəsində duz sudan ayrılır.
Əks osmos üsulu hazırda ən müasir üsul sayılır – burada su böyük təzyiqlə xüsusi membrana vurulur, Membran elə qurulub ki, su molukullarını buraxır, tullantıların və duzun molekullarını isə saxlayır.
Membranın ölçüsü 0,01 mikrondur. Əks osmos üsulunda su duz, xlor və başqa tərkiblərdən təmizlənir. Buraya daxil olan suyun heç də hamısı təmizlənmir və yenidən dövriyyəyə qayıdır. 1 litr şirinləşmiş suyu 2-7 litr şirinləşməmiş su düşür.
Kimyəvi üsulun qiyməti bahadır – suyun 5%-i qədər reagent tələb olunur, bu da maya dəyərini qat-qat yüksəldir. Üstəlik bu üsul böyük həcmlərdə tətbiq edilə bilmir. İstifadə olunan reagentlər və suyun sonrakı tərkibi isə insan orqanizmi üçün təhlükə yarada bilər.
Ona görə də kimyəvi üsuldan dənizə çıxan yaxta və gəmilərdə istifadə edirlər ki, lazım olanda müəyyən həcmdə su əldə etmək olsun.
Elektrodializ üsulu nisbətən ucuz olsa da, problemi ondadır ki, o suyu axıradək təmizləmir – bu üsulla 1 litr sudan cəmi 10-15 qram duz çıxarmaq olur, dəniz suyunda isə 1 litrdə 30-35 qram duz olur.
Ultrafiltrasiya və ya əks osmos –
hazırda geniş istifdə olunan ən müasir üsuldur və böyük ehtimalla Azərbaycanda da bu texnologiya tətbiq ediləcək. Bu üsuldan dəniz kənarında qurulan böyük zavodlar da istifadə olunur. Məsələn, İsraildə Aşkelon şəhərində qurulan böyük zavodda ildə 118 milyon kubmetr su şirinləşdirilir. Yaponiyada isə «Sumitomo» şirkətinin qurduğu zavodda gündə 9500 kubmetr su şirinləşdirilir.
177 ölkədə dəniz sauyun şirinləşdirir