Xəbər verildiyi kimi, Azərbaycanda xaricdən mal almaq üçün aylıq 300 dollarlıq limit tətbiq edildikdən sonra bu proseslə bağlı yeni qaydalar da işə düşüb.
FED.az xatırladır ki, bu qaydalar nəticəsində xaricdən mal almaq prodeduru müvəqqəti çətinlik yaradıb. Belə ki, qaydalara əsasən xaricdən mal alışı prosesini rəsmiləşdirmək üçün Gömrük Sistemində və «ASAN login» sistemində qeydiyytadan keçmək lazımdır.
Alınan malın dəyərindən asılı olmayaraq (hətta 1 dollarlıq alış oluqda da) bu prosedur hər dəfə həyata kesirilməlidir. Bu isə xaricdən internetlə mal almaq istəyən istifadəçilərə əlavə narahatlıq yaradaraq onların narazılığına səbəb olur.
FED.az bu vəziyyətdən çıxış üçün xaricdən mal alanların xüsusi qruplarda birləşməsini təklif edir. Belə qruplar Facebook-da, Instagram-da və sair formada yaradıla bilər. Yaradılan qrupda bütün iştirakçılar aldıqları məhsulların siyahısını bölüşürlər və alışların hamısı bir sıfariş altında birləşdirilir.
Belə ki, qrupun bir iştirakçısı sifarişçi təyin edilir, bütün iştirakçılar almaq istədikləri malları ona yönəldirlər və bütün sifariş bir nəfərdən göndərilir. Paralel olaraq sifariş üçün pullar da həmin şəxsə göndərilir.
Ümumi məbləği 300 dolları keçməməklə və təkrarlanan mallar olmamaqla (yəni hər eyni maldan 2 ədəddən artıq olmamaqla) bu alışlar bir sifarişlə həyata keçirilir. Bütün bu sifarişq bir nəfərin adına rəsmiləşdirilir. Hər şey qaydasında olarsa, bu sifariş üçün heç bir problem yaranmayacaq və gömrük xidməti ona mane olmayacaq.
Nəticədə bütün prosedurlar da cəmi bir nəfər tərəfindən həyüata keçirilir. Növbəti sifariş isə eyni üsulla qrupdakı digər şəxsin adına rəsmiləşdirilir və sair.
Başqa sözlə, sifarişləri birləşdirməklə bütün rəsmiyyət prosedurunu bir dəfə həyata keçirmək mümkün olacaq.