Prezident İlham Əliyev bu gün bir sıra şəxsləri orden və medallarla təltif edib.
FED.az xəbər verir ki, dövlət başçısının sərəncamı ilə Azərbaycanın tanınmış məmurlarından və ictimai xadimlərindən olan baş nazirin keçmiş müavini və Dövlət Qaçqınkomun keçmiş sədri Əli Həsənov «Şərəf» ordeni ilə təltif edilib.
Əli Həsənov ordenə Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə layiq görülüb.
Bundan başqa, prezidentin müvafiq sərəncamı ilə Milli Məclisin deputatı Cavanşir Paşazadə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif edilib.
Dövlət başçısının digər sərəncamları ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Aqil Məhəmməd oğlu Abbasov (Aqil Abbas) və Novruzəli Davud oğlu Aslanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif ediliblər.