Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri təyin edilib.
FED.az-ın məlumatına görə, bununla bağlı baş nazir Novruz Məmmədov müvafiq əmr imzalayıb.
Tanınmış jurnalist Ayaz Mirzəyev mətbuat xidmətinin rəhbəri təyin edilib.
Qeyd edək ki, A. Mirzəyev İqtisad Universitetinin bakalavr və magistratura pillələrini fərqlənmə diplomu ilə bitirib, uzun illər ANS telekanalında çalışıb. Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının üzvüdür.
Qeyd edək ki, bu ilin mart ayına qədər Nazirlər Kabinetinin mətbuat xidmətinə Akif Əli rəhbərlik edib. Ötən ay o, təqaüdə göndərilib.