Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda qaldırılan məsələlərlə əlaqədar Nazirlər Kabineti Aparatının növbəti iclası keçirilib.
FED.az xəbər verir ki, iclasda sosial-iqtisadi inkişafın nəticələrinə dair fikir mübadiləsi aparılıb, Prezident İlham Əliyevin iclasda verdiyi tapşırıqların icrası ilə əlaqədar hökumət tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlərlə bağlı Nazirlər Kabineti Aparatının aidiyyəti şöbələrinə müvafiq göstərişlər verilib.