FED.az xəbər verir ki, Nazirlər Kabineti "Azərbaycan Respublikasının 2020-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2020-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında" qərarını açıqlayıb.
Eləcə də bax: 2020-ci ilin dövlət büdcəsinin layihəsi - PREZİDENT ADMİNİSTRASİYASINA GÖNDƏRİLİB
Qərara əsasən, “Azərbaycan Respublikasının 2020-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2020-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” bəyənilib.
Qərarda qeyd edilib ki, büdcə layihələri “Büdcə sistemi haqqında” qanunda nəzərdə tutulan digər sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilsin.
Xəbər verdiyimiz kimi, 2020-ci ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 484 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1 milyard 316 milyon manat və ya 5,7 faiz çoxdur.
2020-ci ildə dövlət büdcəsinin xərcləri 25 milyard 617,7 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 427,7 milyon manat çoxdur.
2020-ci ildə dövlət büdcəsinin kəsirinin 1 milyard 133,7 milyon manat olması planlaşdırılır ki, bu da cari ilin göstəricisindən 888,3 milyon manat və ya 43,9 faiz azdır.
Marja