Azərbaycan parlamentinin komitə iclaslarının Ağdamda keçirilməsi təklif olunur.
Eləcə də bax: Deputat meliorasiya-su təsərrüfatı qurumunun yeni rəhbərliyini - İTTİHAM EDİB
FED.az xəbər verir ki, belə bir təkliflə Milli Məclisin deputatı Aqil Abbas parlamentin oktyabrın 18-də keçirilən plenar iclasında çıxış edib.
O, bir çox tədbirlərin məhz Şuşada keçirildiyini xatırladıb: "Ağdamda da bir çox quruculuq işləri həyata keçirilib, dövlət başçısı tərəfindən bir çox tikililərin də təməli qoyulub. Hətta bu yaxınlarda işğaldan azad edilmiş Ağdamda böyük konfrans da keçirildi. Odur ki, parlamentin komitə iclaslarını Ağdamda da keçirmək olar. Bununla da hamı Ağdamda aparılan yenidənqurma işlərinə yaxından şahid olar”.
Spiker Sahibə Qafarova isə deputatın bu təklifinə müsbət yanaşıb: “İnşallah, nəinki Ağdamda, eləcə də Qarabağın digər güşələrində də iclaslarımızı keçirərik”.