"Ağcabədi rayonundakı artezian quyularından 115-i işləmir".
FED.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqil Abbas parlamentin bu gün keçirilən plenar iclasında deyib.
O, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-ni normal fəaliyyət göstərməməkdə ittiham edib: "Meliorasiya idarəsi cəmi 11 quyunun bərpası üçün pul ayırıb. Əhməd Əhmədzadənin vaxtında bu işlərə pul tapmaq olurdu, indi olmur. Əkin sahələri susuzluqdan yanır. İçməli su təchizatı üçün qazılmış artezian quyuları da pis vəziyyətdədir. Əvvəllər yaponlar bir neçə quyu qazmışdı. İndi də mən gərək Yaponiya səfirinə müraciət edim, çünki yeni kadrlar inamı doğrultmur", - o qeyd edib. (Report)