Dövlət Gömrük Komitəsi (DGK) avqust ayının nəticələrinə görə, yığımlarda rekord əldə edib. FED.az komitənin rəsmi göstəricilərinə istinadən xəbər verir ki, ötən ay gömrük xidməti 329 milyon 805,5 min manat vergi və rüsum toplayıb.
Yığılan vəsaitin böyük hissəsi ƏDV-nin payına düşüb – 220 milyon 235 min manat. Bundan əlavə, ötən ay 85 milyon 936 min manat gömrük rüsumu, 20 milyon 48 min manat aksiz vergisi, 3 milyon 585 min manat yol vergisi yığılıb.
Avqustda gömrükçülərin topladığı məbləğ iyul ayı ilə müqayisədə 7 milyon 644 min manat və ya 2,4% artıqdır. Ötən ilin avqust ayı ilə müqayisədə isə 49 milyon 677,1 min manat və ya 17,7% artıqdır. Başqa sözlə, indiyədək Dövlət Gömrük Komitəsinin xətti ilə ölkəyə bu məbləğdə vəsait daxil olmayıb.
2017-ci ildə aylar üzrə DGK-dən daxil olmalar
Yanvar – 173 962,6 min manat
Fevral – 194 938,9 min manat
Mart – 202 177,3 min manat
Aprel – 187 014,6 min manat
May – 216 809,9 min manat
İyun – 196 323,2 min manat
İyul – 256 610,4 min manat
Avqust – 280 128,4 min manat
Sentyabr – 243 670,2 min manat
Oktyabr – 217 014,4 min manat
Noyabr – 215 750,1 min manat
Dekabr – 225 379,6 min manat
2018-ci ildə aylar üzrə DGK-dən daxil olmalar
Yanvar – 226 088,3 min manat
Fevral – 219 663,6 min manat
Mart – 281 238,1 min manat
Aprel – 300 591,9 min manat
May – 298 054,8 min manat
İyun – 293 360,2 min manat
İyul – 322 161,5 min manat
Avqust – 329 805,5 min manat.
Gömrükdə indiyədək bu qədər pul yığılmamışdı - RƏQƏMLƏR
08:47
10 Sen 2018