Azərbaycanın xarici ticarət əməliyyatında ölkəyə idxalda dövlətin payı 2021-ci ildə minimum həddə düşüb.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2021-ci ilin ilk 4 ayında (yanvar-aprel) dövlət sektoru 315 milyon 256 min dollarlıq idxal əməliyyat aparıb ki, bu da həmin dövrdəki ümumi idxalın cəmi 8,93%-ni təşkil edib.
Ümumiyyətlə 2021-ci ildə dövlət sektorunun idxalda payı 9%-ə çatmayıb. Yanvar ayının nəticələrinə görə, bu göstərici 8,51%, yanvar-fevralda 8,31%, yanvar-martda 8,21% təşil edib.
Dövlət Gömrük Komitəsinin hesabat açıqladığı 2011-ci ildən indiyədək dövlət sektorunun idxalda payı bu qədər aşağı olmayıb.
Son 10 ildə dövlət sektorunun idxalda payı yalnız 3 il 30%-dən artıq olub. Bunlar 2011, 2013 və 2019-cu illərdir – 30-35%.
Dövlətin idxalda ən aşağı payı olduğu illər isə devvalvasiya və ondan sonrakı iki il (2015-2017) illər idi. Bu illərdə dövlət qurumların ümumi illik idxalının həcmi 1,2-1,6 milyard dollar, ümumi idxalda payı isə 13-18% arasında olub.
İllər |
Dövlət sektoru |
|
İdxalın həcmi |
Ümumi idxalda payı |
|
2011 |
3 404 252 min dollar |
34,9% |
2012 |
2 052 781 min dollar |
21,3% |
2013 |
3 283 450 min dollar |
30,6% |
2014 |
2 340 511 min dollar |
25,5% |
2015 |
1 639 754 min dollar |
17,8% |
2016 |
1 232 233 min dollar |
14,4% |
2017 |
1 190 557 min dollar |
13,6% |
2018 |
2 635 204 min dollar |
23,0% |
2019 |
4 132 500 min dollar |
30,2% |
2020 |
1 796 111 min dollar |
16,7% |
2021-ci ildə isə dövlət sektorunun idxalı kəskin azalıb. İlk 4 ayda bu rəqəm 9%-dən aşağı olub. Özü də bu mövsümi faktorlarla bağlı deyil. Azərbaycanın xarici ticarətində son 4 ildə ilk 4 ayda idxal 12-39% arasında dəyişib.
2021-ci il (ilk 4 ay) – 315 256 min dollar – 8,93%
2020-ci il (ilk 4 ay) - 18,2%
2019-cu il (ilk 4 ay) - 39,1%
2018-ci il (ilk 4 ay) - 16,8%
2017-ci il (ilk 4 ay) - 12,5%
Hələlik, dövlətin idxaldakı payının belə azalmasının səbəbi dəqiq məlum olmasa daö. Böyük ehtimalla bu dövlət xərclərinin nəzarətə götürülməsi, satınalmalarda daxili mal və xidmətlərə üstünlük verilməsi, dövlət təşkilatlarını iştirakçısı olduğu iri layihələrin bəzilərinin tamamlanması ilə bağlıdır.