Azərbaycanın dövlət büdcəsinin vəziyyəti açıqlanıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ilin ilk 10 ayında büdcənin gəlirləri 19 milyard 273,9 milyon manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə gəlirlər 5,8% artıb.
Bu dövrdə büdcənin xərcləri 18 milyard 433,6 milyon manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə büdcənin xərcləri 3,7% artıb.
Nəticədə noyabrın 1-ə olan vəziyyətə büdcədə 840 milyon manat artıq vəsait toplanıb.