Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev dizel avtomobillərinin idxalının dayandırılması ehtimalına münasibət bildirib
FED.az xəbər verir ki, komitə sədri bu məsələnin Nazirlər Kabinetinin qərarından asılı olacağını deyib.
Xatırladaq ki, Almaniyanın Ali Məhkəməsi ölkədə dizel avtomobillərin istismarının qadağa olunmasına icazə verib. Bu qərarın fonunda həmin nəqliyyat vasitələrinin ucuzlaşması və digər ölkələrə, o cümlədən Azərbaycana ixracının sürətlənməsi gözlənilir.
Eləcə də bax: Avtomobillərin gömrük pulu artırılır – KƏSKİN BAHALAŞMA