Nazirlər Kabineti 2006-cı il 9 yanvar tarixli qərarla təsdiq edilmiş “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”na dəyişikliklər edib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.
Eləcə də bax: Gömrüyün sədri ilə görüşmək istəyirlər, rüsümdan narazıdırlar
Qərara əsasən “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın 2-ci hissəsinin (Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinə aşağıdakı dövrlər daxil edilir – red) on birinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəzlənib və on ikinci “gömrük orqanlarından xidmətinə xitam verilmiş əməkdaş iki il ərzində yenidən xidmətə qəbul edilərsə, gömrük orqanlarında əvvəl xidmət etdiyi müddət.” abzası əlavə olunub.
Baş nazirdən gömrükçülərlə bağlı - YENİ QƏRAR
23:34
16 Fev 2019