Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri çərçivəsində M-346 təyyarələrinin alınmasına dair sənəd imzalanıb.
Eləcə də bax: Azərbaycan-İtaliya sənədləri - MÜBADİLƏ EDİLİB
FED.az-ın Prezidentin saytına istinadən verdiyi məlumata görə, “Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə “Leonardo S.p.A” arasında “M-346” təyyarələri inteqrasiya sisteminin alınması ilə bağlı Sazişə dair Bəyannamə”ni Müdafiə naziri Zakir Həsənov və “Leonardo S.p.A”nın icraçı direktoru Alessandro Profumo mübadilə ediblər.