Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yeni kadr təyinatları olub.
FED.az xəbər verir ki, bu barədə "Report"a AMEA-dan məlumat verilib.
Eləcə də bax: AMEA-nın İnstitut direktoru və Akademiya şəhərciyinin müdiri - İŞDƏN ÇIXARILIB
Bildirilib ki, Akademiya Rəyasət Heyətinin bu gün keçirilən iclasında bir sıra kadr məsələlərinə baxılıb. Akademik Cavad Abdinov AMEA-nın Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, fizika elmləri doktoru Ayaz Bayramov həmin institutun innovasiyalar və transfer üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Zaur Süleymanov isə həmin institutun elmi katibi vəzifələrinə, riyaziyyat elmləri doktoru Ədalət Axundov AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə, fizika üzrə fəlsəfə doktoru Yusif Şükürlü isə AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru vəzifəsinə təyin ediliblər.