Prezident İlham Əliyev Naxçıvın Muxtar Respublikası rəhbərliyinə iqtisadiyyatda şəffaflığı artırmağa və Muxtar Respublikasının büdcəsində yerli gəlirlərin payını yüksəltməyi tapşırıb. FED.
az xəbər verir ki, bu məsələ dövlət başçısının Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovu qəbul edərkən qaldırılıb. Prezident İlham Əliyev xatırladıb ki, Muxtar Respublikanın büdcəsinin hələ dəə böyük hissəsi mərkəzi büdcədən lotasiya şəklində ayrılır. O bü vəzyyəti dəyişməyi və büdcədə yerli xərclərin payının artırılmasını tapşırıb.
Dövlət başçısı Naxçıvan MR rəhbərinə muxtar respublikada maliyyə və iqtisadi şəffalığı artırmağı da tapşırıb.
«Bir məsələyə də toxunmaq istəyirəm. Keçən il Naxçıvan büdcəsinin gəlirləri təqribən 400 milyon manata yaxın idi. İndi növbəti il üçün büdcə məsələləri müzakirə olunur. Əlbəttə ki, Naxçıvanın uğurlu və təhlükəsiz inkişafı üçün nə lazımdırsa, biz onu da edəcəyik. Ancaq bir məsələyə diqqətinizi cəlb etmək istəyirəm. Naxçıvan büdcəsinin cəmi 22 faizi yerli gəlirlər hesabına formalaşır, yəni, 383 milyon manatdan cəmi 83 milyon manatı yerli gəlirlər hesabına formalaşır, qalan 300 milyon manat Bakıdan dotasiya verilir. Hesab edirəm ki, növbəti illərdə yerli gəlirlərin artırılması istiqamətində işlər aparılmalıdır ki, onların faiz nisbəti artsın. Əminəm, belə olan halda daha da böyük imkanlar olacaq ki, sosial və sənaye layihələri icra edilsin.
Bütün ölkədə olduğu kimi, bu gün Naxçıvanda da maliyyə və iqtisadi sahələrdə şəffaflıq tam təmin edilməlidir. Bildirməliyəm ki, aparılan islahatlar nəticəsində təkcə bu ilin 10 ayı ərzində büdcə gəlirləri plandan əlavə 850 milyon manat artmışdır. Bunun yarısı gömrük, yarısı vergi orqanları hesabına formalaşıb. Bu vəsait sırf idarəetmədə aparılan islahatlarla, şəffaflıqla bağlıdır və bizə imkan verir ki, maaşları da, pensiyaları da artıraq, investisiya layihələrinə də vəsaiti artıraq. Ona görə gələn ilin büdcəsinə baxdıqda yerli gəlirlərin həm mütləq rəqəmlərinin artırılması, eyni zamanda, ümumi büdcədə yerli gəlirlərin faizinin artırılması üçün əlavə addımlar atılmalıdır».
Naxçıvan MR rəhbəri bildirib ki, maaşların artımı ilə əlaqədar olaraq büdcənin yerli gəlirləri hissəsi bir qədər artırılıb: «Gələn ilin büdcəsi ilə əlaqədar deyə bilərik ki, maaş artımı ilə əlaqədar büdcənin həcmi də artmışdır. Gəlirlər hissəsi isə 12 milyon manata yaxın artırılmışdır, yəni, 2020-ci ilin büdcəsində yerli gəlirlər 100 milyon manata yaxındır. Pensiya və təqaüdlərin ödənilməsi üçün yerli büdcədə təqribən 100 milyon manata yaxın yığım nəzərdə tutulub».