Türkiyədə baş vermiş təbii fəlakət nəticəsində zərər çəkənlərə yardım kampaniyasına Lənkəranda fəaliyyət göstərən tanınmış daşıyışı şirkətlərdən olan “CƏNUB TAXİ 1635” daşıma şirkəti də qoşulub.
FED.az xəbər verir ki, şirkətin direktoru Elvir Vəlizadənin təşəbbüsü ilə təşkil olunan humanitar aksiyaya Lənkəran və ətraf rayonlarından olan vətəndaşlar qatılaraq çoxsaylı əşya və ləvazimat gətiriblər.
E.Vəlizadənin sözlərinə humanitar yardım kampaniyasında vətəndaşlarımız çox fəal iştirak ediblər. Dəstək üçün yığılan həmin ləvazimatlar komplektləşdirilərək TIR yük avtomobilinə yüklənib. Artıq yük avtomobili türk qardaşlarımıza dəstək üçün lənkərandan Bakıya yola salınıb.
E.Vəlizadə bildirib ki, qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ hər birimizi dərindən sarsıtdı. Faciə zamanı həlak olanlara Allahdan rəhmət, onların yaxın və doğmalarına səbr diləyirik, yaralanan və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayırıq.
Hərkəsi qardaş Türkiyənin bu çətin günlərində yanında olmağa səsləyirik!
Qeyd edək ki, Lənkəranda fəaliyyət göstərən “1635TAXİ” daşıma şirkəti 4 ildir fəaliyyət göstərir. Şirkət sosial məsuliyyətini daha dərindən düşünərək bu kimi layihələrə daim dəstək olub. Pandemiya dövründə şirkətin müəyyən sosial layihələri olub. Bununla yanaşı, şirkət həmçinin xüsusi anım günlərində də pulsuz xidmətlər göstərir.