Türkiyədə sığortalanan əmanətin limiti artırılır. FED.az xəbər verir ki, Türkiyənin Əmanət Sığortası Fondunun rəhbəri Muhiddin Gülal bildirib ki, hazırda sığortalanan əmanət limitinin 100 min tl-dən 150 min tl-yə çatdırlması üzərində işləyirlər.
Gülal, sığorta fəaliyyətini yerinə yetirmək üçün ölkədəki 40 bankdan üzvlük haqlarının mütəmadi topladıqılarını və bank sektorunda hər hansı bir çətinlik yarananda toplanan ehtiyatları istifadə edə biləcəklərini deyib: "Bizim ehtiyatımız 43,5 milyard tl-yə çatıb. Bu sığortalanmış əmanətlərin 8 faizini qarşılayır. Türkiyədə sığortalanan əmanətlər təxminən 535 milyard tl-dir".
Eləcə də bax: "Türkiyə iqtisadiyyatının ikinci böhranla üzləşməsi ehtimalı yüksəlib" - EKSPERT
Hazırda Avropada sığorta məbləği 100 min avro, ABŞ-da 250 min dollardır. Sığorta limitinin artrılmasından sonra Türkiyədə sığortalanmış əmanətlərin həcmi 100 milyard tl artaraq, 635 milyard tl-yə çatması gözlənilir.
Azərbaycanda isə 2 mart 2016-cı ildən Əmanətlərin Sığortalanması Fonduna üzv banklarda qəbul edilən əmanətlər 4 il müddətində tam sığortalanır və tam kompensassiya olunur. Bu il 1 iyuldan milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 10%, xarici valyutada isə 2,5% müəyyən edilib. 1 iyul 2019-cu il tarixinədək qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi milli valyutada 15%, xarici valyutada isə 3% təşkil edirdi və bu qaydaya uyğun qorunan əmanət statusunda olan depozitlərin sığortası əmanət müqaviləsinin müddəti bitənədək qüvvədə qalır.