Beynəlxalq reytinq agentliyi «S&P» Ukraynanın kredit reytinqini «SD/SD» və ya seçmə defolt səviyyəsinə endirib. FED.az xəbər verir ki, bu barədə agenrtlik özü məlumat yayıb.
«Ukraynanın xarici valyutada uzunmüddətli qısamüddətli kredit reytinqini «CC/C» səviyyəsindən «SD/SD» səviyyəsinə endirdik. Bundan başqa, biz Ukraynanın 2026-cı il tarixli avroistiqrazlar üzrə reytinqini «CC» səviyyəsindən «D» səviyyəsinə endirmişik»-deyə agentliyin açıqlamasında bildirilir.
Agentlika elan edib ki, Ukraynanın reytinqinin azaldılmasının səbəbi rəsmi Kiyevin bəz öhdəliklərini icra edi bilməməsi və restrkuturizasiya etməsi (yəni borcun ödənilməsi qrafikini dəyişdirməsi), eləcə də haqqında danışılan avroistiqrazlar üzrə ödənişləri təxirə salması olub.
Xatırladaq ki, «seçmə defolt» ifadəsi də məhz bunu göstərir – yəni ölkə öz öhdəlikləri üzrə bütün borclarını deyil, onların bir hissəsini ödəməkdə çətinlik çəkir.
Qeyd edək ki, hazırda Rusiyanın işğalına məruz qalan və ağır şəraitdə müharibə aparan Ukrayna iqtisadi çətinliklər yaşayır. Bunun nəticəsidir ki, bir qədər əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın xarici borclar üzrə öhdəliklərinin 2024-cü ilin oktyabrın 1-dək ödəməməsinə icazə verən qanun imzalayıb.