Digər

Prezident 12 milyard manatlıq - SƏNƏDİ İMZALADI

Prezident 12 milyard manatlıq - SƏNƏDİ İMZALADI | FED.az
08:30 30 Dek 2019

Prezident İlham Əliyev  Dövlət Neft Fondunun 2020-ci il büdcəsini təsdiqləyib.

FED.az xəbər verir ki, Neft Fondunun 2020-ci il büdcəsinin gəlirləri 12 384 088,2 min manat, xərcləri isə 11 589 910,3 min manatdır.

Eləcə də bax: 2020-nin dövlət büdcəsi - BELƏ XƏRCLƏNƏCƏK - TƏSDİQLƏNDİ - MƏBLƏĞLƏR

Dövlət başçısı Neft Fondunun vəsaitindən istifadənin əsas istiqamətləri (proqramı) və investisiya siyasəti”ni eləcə də, Neft Fondunun 2020-ci ildə idarə edilməsi ilə bağlı xərclər smetası”nı da təsdiqləyib.

Neft Fondunun 2020-ci il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

 Sıra

 №-si

Gəlir mənbələri

Gəlirlərin məbləği

(min manat)

2.1.

Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəqli üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərtilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)

10 563 404,5

2.2.

Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar müqavilə sahəsindən istifadə üçün sərmayəçilərin akrhesabı ödənişləri

4 692,0

2.3.

Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər

19 380,0

2.4.

Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər

1 031 271,7

2.5.

Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilərin ödədikləri bonuslar

765 340,0

 

Cəmi

12 384 088,2

Neft Fondunun 2020-ci il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:

 Sıra

№-si

Xərc istiqamətləri

Xərclərin məbləği

(min manat)

3.1.

Məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi

200 000,0

3.2.

Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi

11 350 000,0

3.3.

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi

10 000,0

3.4.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər

29 910,3

 

Cəmi

11 589 910,3

 

Digər xəbərlər

Banner