Prezident İlham Əliyev Azərbaycanın 2020-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası Qanununu təsdiqləyib.
FED.az xəbər verir ki, 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 134,500 milyon manat, xərcləri 26 milyard 894,7 milyon manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 23 336 950,0 min manat, yerli gəlirləri 797 550,0 min manat, mərkəzləşdirilmiş xərcləri 26 044 596,0 min manat, yerli xərcləri 850 104,0 min manat) məbləğində təsdiq edilib.
2020-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 400 milyon manat, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 1 milyard manat, il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) 1 000 000,0 min manat məbləğində təsdiq edilib.
Dövlət büdcəsi kəsirinin yuxarı həddi isə 2 milyard 760,2 milyon manat məbləğində təsdiq edilib. Büdcə kəsiri özəlləşdirmədən, digər mənbələrdən daxilolmalar (daxili və xarici borclanma, 2020-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı) hesabına həyata keçiriləcək.