Krım körpüsündə baş vermiş partlayışda şübhəli bilinən 5 nəfər, o cümlədən Ermənistan vətəndaşı Artur Terçanyan barəsində həbs qətimkan tədbiri seçilib.
Eləcə də bax: Krım körpüsündəki partlayışla bağlı cinayət işi - BAŞLANILIB
FED.az xəbər verir ki, bu barədə “İzvestiya” məhkəmə qərarına əsasən məlumat yayıb.
O da əlavə olunub ki, həbs qətimkan tədbiri 8 dekabra kimi seçilib.
Xatırladaq ki, oktyabrın 8-i səhər saatlarında Krım körpüsünün avtomobil yolu keçən hissəsində yük avtomobilinin partlaması nəticəsində son məlumatlara görə 4 nəfər həlak olub. Terrorizm maddəsi ilə cinayət işi başlanılıb. Rusiya Federal Təhlükəsizlik Xidmətinin verdiyi məlumata görə partlayışdan sonra 8 nəfər şübhəli şəxs qismində saxlanılmışdı ki, aralarında Rusiya, Ukrayna və Ermənistan vətəndaşları var idi.(Apa)