Krım körpüsündə yük maşınının partladılması faktı ilə bağlı cinayət işi başlanıb.
Eləcə də bax: Ukrayna Prezident Ofisi: “Krım körpüsü hələ başlanğıcdır”
FED.az xəbər verir ki, bu bərədə İstintaq Komitəsinin Telegram kanalı xəbər yayıb.
"Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi Krım körpüsündə baş vermiş insidentlə bağlı cinayət işi açıb. İlkin məlumata görə, bu gün səhər saatlarında Krım körpüsünün avtomobil hissəsində yük maşını partladılıb. Taman yarımadasında Krım yarımadası istiqamətində hərəkət edən dəmir yolu qatarının yeddi yanacaq çəninin alışması nəticəsində iki avtomobil körpüsünün arakəsmələri qismən dağılıb”, - deyə məlumatda qeyd olunub.
Həmçinin, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin tapşırığı ilə Rusiya Federasiyası İstintaq Komitəsinin Dövlət Kriminalistika İdarəsinin kriminal ekspertləri hadisə yerinə yola düşüb.
Hadisənin baş vermə şəraiti və cinayətdə iştirak edən şəxslər müəyyənləşdirilir. (Apa)