Misir parlamenti koronavirusla mübarizə üçün yeni verginin tətbiq edilməsi barədə qərra qəbul edib.
FED.az xəbər verir ki, yeni vergi ölkə vətəndaşlarının maaşından 1%-lə, pensiyalardan isə 0,5%-lə tutulacaq, vergi iyulun 1-dən tətbiq edilir və bir illik müddətə olacaq.
Aylıq pensiyası 2000 funtdan, yəni 126 dollardan aşağı olanlar vergidən azad olacaqlar.
Pandemiyanın iqtisadi zərər vurduğu şəxslər isə vergidən azad ediliblər. Hökumət bəyan edib ki, yeni vergi ilə yığılan məbləğlər koronavirusdan zərər çəknə müəssisələrin və vətəndaşların dəstəklənməsinə, eləcə də səhiyyə sisteminə sərf ediləcək.
Rəsmi rəqəmlərə görə, Misirdə koronavirusa 14 229 yoluxma halı aşkar edilib, onlardan 680-i həlak olub. Son bir sutkada xəstə sayı 21 nəfər artıb.