Ermənistan Baş naziri Nikol Paşinyan istefa verməyəcəyini bildirib.
Paşinyan: "Rusiyanın özünə silah lazımdır, bizim təhlükəsizliyimizi necə təmin edəcək?"
FED.az xəbər verir ki, bu barədə yerli “Hraparak“ nəşri yazıb.
Nəşr qeyd edib ki, dünən İrəvanın Respublika meydanında toplaşan nümayişçilərin hökumət əleyhinə etiraz aksiyası fonunda Paşinyan ailə üzvlərini paytaxtdan çıxarıb və bunun ardınca bir qrup tərəfdarı ilə görüşüb.
Paşinyan komandasına açıq şəkildə bildirib ki, nəyin bahasına olursa-olsun hakimiyyətdə qalacaq və istefa verməyəcək. (Apa)