İranın Ekspertlər Şurası Ali Rəhbər Əli Xameneinin ölümündən sonra yeni ali rəhbəri seçib, amma qərar barədə daha sonra elan veriləcək.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə şuranın Xorasan-Rəzəvi ostanından olan üzvü Əhməd Ələmülhüda məlumat verib.
“Seçki keçirildi və lider müəyyən edildi”, – deyə o bildirib.
O qeyd edib ki, ölkə konstitusiyasına görə, Ekspertlər Şurasının heç bir üzvü fikrini dəyişmək hüququna malik deyil.
Ələmülhüdanın sözlərinə görə, indi hər şey şuranın katibi Ayətullah Hüseyni Buşehridən asılı olacaq, o, qurumun qərarını ictimaiyyətə açıqlamalıdır.
Bildirilir ki, hazırda varis seçimin rəsmi elan edilməsinə qədər hələ bəzi maneələr mövcuddur. Ekspertlər Məclisində Xuzistan əyalətinin nümayəndəsi Möhsün Heydari Ələkasir isə mövcud təhlükəsizlik şəraitinin üzvlərin yeni lideri rəsmi olaraq seçmək üçün fiziki olaraq toplaşmasına imkan vermədiyini açıqlayıb.
Daxili mənbələrin məlumatına görə, məclis artıq Əli Xameneinin oğlu Müctəba Xameneini varis kimi seçib, lakin qərarın necə və nə vaxt açıqlanacağı ilə bağlı fikir ayrılığı davam edir.











