İran Prezidenti İbrahim Rəisi Tehranda Azərbaycan səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı məsələnin araşdırılması barədə tapşırıq verib.
İran səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı İran Prezidentinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi açıqlayıb.
Onun sözlərinə görə, Rəisi xəbəri eşitdikdən dərhal sonra hərtərəfli araşdırma aparılması barədə göstərişlər verib.
Cəmşidi bildirib ki, İran Prezidenti hadisə ilə bağlı Azərbaycan hökumətinə və xalqına başsağlığı verib.