"Fed.az-ın BMT-nin "World Investment Report 2019" illik hesabatına istinadən verdiyi məlumata görə, ötən il Şərqi Asiyada FDI-ın həcmi 4% artaraq 280 mlrd. ABŞ dolları təşkil edib. Çində isə bu göstərici 4% artaraq tarixi maksimuma çatıb.
Dünya səviyyəsində FDI-ın həcmi 2017-ci illə müqayisədə 13% azalaraq 1,3 trln. dollar təşkil etməsinə baxmayaraq, hesabat ilində inkişafda olan ölkələrə birbaşa xarici investisiyaların axını stabil qalıb. Bu göstərici əvvəlki ilə nisbətən 2% artıb və 706 mlrd. dollar təşkil edib.
Ən çox birbaşa xarici investisiya cəlb etmiş ölkələrin reytinqi:
| # | Ölkə | FDI həcmi, mlrd. ABŞ dolları |
| 1 | ABŞ | 252 |
| 2 | Çin | 139 |
| 3 | Honkonq, Çin | 116 |
| 4 | Sinqapur | 78 |
| 5 | Niderland | 70 |
| 6 | Böyük Britaniya | 64 |
| 7 | Braziliya | 61 |
| 8 | Avstraliya | 60 |
| 9 | İspaniya | 44 |
| 10 | Hindistan | 42 |












