ABŞ prezidenti Donald Tramp bildirib ki, o və birinci xanım Melanya Tramp COVID-19-a yoluxub.
FED.az xəbər verir ki, ABŞ prezidenti daha əvvəl məsləhətçisi Xoup Xiksdə koronavirusun aşkarlanmasından sonra özünün verdiyi COVID-19 testinin nəticəsini gözlədiyinə görə karantinə getdiyini açıqlamışdı.
Bundan əvvəl isə Trampın məsləhətçisi Xoup Xiksə COVID-19 diaqnozu qoyulub. ABŞ liderinin ən yaxın köməkçilərindən olan Xiks çərşənbə axşamı Klivlendə müzakirələrə səfər zamanı, habelə Minnesota ştatında mitinqdə onu müşayiət edib. (Report)