Azərbaycan Nəşriyyatının zərəri 2017-ci illə müqayisədə 2018-ci ildə 7.9% artaraq 6 mln 099 min manat təşkil edib.
FED.az nəşriyyatın illik hesabatına istinadən xəbər verir ki, ötən il xərclər gəlirləri üstələyib və 449 min manat zərər yaranıb. 2017-ci ilin sonunda 5 milyon 650 min manat olmuş yığılmış zərər 2018-ci ilin sonunda 6 milyon 99 min manata qalxıb.
Ötən il qurumun cəmi aktivləri 24 mln 856 min manat olub. Bu göstərici 2017-ci illlə müqayisədə 3.5% azdır.
Azərbaycan Nəşriyyatının öhdəlikləri 2017-ci illə müqayisədə 465 min manat və ya 8% azalaraq 5 mln 334 min manat təşkil edib. Nəşriyyat 2017-ci ildə ehtiyatlara 1 mln 180 min manat, 2018-ci ildə isə 1 mln 246 min manat ayırıb.
Nəşriyyatın kreditor borcları isə 464 min manat azalaraq 5 milyon 335 min manata geriləyib.