İşğaldan azad olunmuş ərazilərdə işləmək üçün yüzlərlə sahibkar müraciət edib.
İş adamları Qarabağa gedir - biznes obyektlər, mağaza, aptek bankomat, YDM-lər - AÇILACAQ
FED.az xəbər verir ki, bu barədə işğaldan azad edilmiş ərazilərdə işlər üzrə Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə işçi qrupunun növbəti iclasında bildirilib.
İclasda bildirilib ki, Prezidentin 2021-ci il 28 may tarixli Fərmanı ilə Ağdam Sənaye Parkı yaradılıb. Hazırda müraciətlər əsasında parkda 12 potensial rezident seçilib.
İclasda Sənaye parklarına dair uğurlu xarici ölkə təcrübələri müzakirə edilib və bölgələrdə iqtisadi zonaların fəaliyyətinin təşkilində beynəlxalq təcrübənin nəzərə alınması qeyd olunub.
İclasda bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı 657 müraciət olub. İnvestisiya layihələrinin prioritetliyi təhlil edilir, potensial layihələr müəyyənləşdirilir və informasiya bazasına daxil edilir.