Türkiyənin maliyyə texnologiyaları şirkəti "Papara", "T-Bank"ın səhmlərini almaq üçün "Bankmed SAL" və "Arab Bank PLC" ilə razılığa gəldiyini açıqlayıb. "Bankmed SAL" və "Arab Bank PLC" "T-Bank"ın 50-50 səhmdarlarıdır.
Azərbaycan iş adamlarının - TÜRKİYƏYƏ YATIRIMLARI 4 DƏFƏ ARTIB
FED.az xəbər verir ki, "Papara" indiyə qədər etdiyi ən böyük alışa imza ataraq böyüməyə doğru ilk addımı atıb.
"Papara"nın baş direktoru Emre Kenci, satınalma prosesinin "Bank Tənzimləmə və Nəzarət Təşkilatı" (BDDK) və Rəqabət Şurasının təsdiqindən sonra tamamlanacağını bildirib.
"2023-cü ildə sığorta və investisiya məhsulları ilə zənginləşdirdiyimiz təcrübəmizə, əsas bank məhsullarını əlavə etməklə ən yüksək səviyyəyə çatdıracağıq. Beləliklə, biz Papara-nın maliyyənin bütün sahələrində xidmət göstərən "Super Tətbiq" olmaq yolunu tamamlayacağıq",- Emre Kenci bildirib
"T-Bank"ın baş direktoru Servet Taze açıqlamasında bildirib: "T-Bankın fərdi və korporativ bankçılıq sahəsində dərin köklü təcrübəsi və 1930-cu illərdən bəri bank sektorundakı geniş bilik və təcrübəsi "Papara"nın istifadəçi yönümlü vizyonu ilə gücləndiriləcək və bu, ənənəvi bank məhsullarının innovativ texnologiyalar və həllər ilə daha çox istifadəçiyə çatmasına imkan verəcəkdir".
"Papara"nın qlobal bazarlarda rəqabət aparma potensialına inandığını qeyd edən Taze, bu satınalmanın Türkiyədə maliyyə sahəsində təməl daşı olacağını və sektoru daha da irəli aparacağını ifadə edib. (Marja)