Azərbaycan iş adamlarının - TÜRKİYƏYƏ YATIRIMLARI 4 DƏFƏ ARTIB
2024-cü ilin yanvar ayında Türkiyədə Azərbaycan kapitalı ilə 15 şirkət qeydiyyata alınıb.
FED.az Türkiyə Ticarət və Sənaye Palatasına (TOBB) istinadən məlumat verir ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9 şirkət azdır – ötən ilin eyni dövründə azərbaycanlılar Türkiyədə 24 şirkət yaratmışdılar.
Bu il qeydiyyata alınan şirkətlərdən 4-ü anonim şirkət, 11-i isə məhdud məsuliyyətli cəmiyyətdir. Türkiyədə yaradılan Azərbaycan şirkətlərinin əksəriyyəti – 11 şirkət İstanbulda qeydiyyata alınıb.
2024-cü ilin yanvar ayında azərbaycanlı iş adamları Türkiyədə yaradılan şirkətlərə ümumilikdə 9,25 milyon lirə yatırım ediblər.
2023-cü ilin ilk ayı ilə müqayisədə yatırımların məbləği 4 dəfəyə yaxın artıb, belə ki, 2023-ün yanvarında yaradılan şirkətlərə Azərbaycandan olan iş adamları təqribən 2,4 milyon lirə yatırım ediblər.
Ümumilikdə azərbaycanlıların və türk investorlarının birgə iştirakı ilə yaradılan şirkətlərin kapitalı azalıb: «Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 5,3 milyon türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 18,4 milyon türk lirəsi təşkil edib», - deyə TOBB-dan bildirilib.
Məlumata əsasən ki, 2024-cü ilin yanvar ayında Türkiyədə Azərbaycan kapitalı ilə 4 sənaye və 6 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.
Tarix |
Şirkət tipi |
Şirkət sayı |
İnvestsiya dəyəri (TL) |
Türkiyənin investsiyası (TL) |
2024-ün yanvarı |
Anonim |
4 |
2 800 000 |
1 005 000 |
Məhdud məsuliyyətli cəmiyyət |
11 |
6 450 000 |
4 275 000 |
|
2023-ün yanvarı |
Anonim |
2 |
250 000 |
225 000 |
Məhdud məsuliyyətli cəmiyyət |
22 |
2 0140 000 |
18 215 000 |