«Microsoft» şirkəti 4 günlük iş həftəsinə keçmək üçün eksperiment aparıb və nəticədə məhsuldarlıq 40% artıb.
FED.az xəbər verir ki, şirkətin yayda apardığı eksperiment işçilərin iş və şəxsi həyatı arasındakı balansı yoxlamaq və onun kreativliyə təsirini qiymətləndirmək məqsədi daşıyıb.
Eləcə də bax: Nazirdən "4 günlük iş həftəsi" təklifinə - MÜNASİBƏT
Eksperiment zamanı şirkətin Yaponiyadakı filialı 5-ci günlər işləməyib və əvvəlki illə müqayisədə işçilərin məhsuldarlığı 40% artıq olub.
Bundan başqa, şirkətdə iclaslara ayoılan vaxt da azaldılıb və 30 dəqiqəlik limit qoyulub. Eləcə də məsafədən müzakirələr həvəsləndirilib.
Maraqlıdır ki, «Microsoft» bu eksperimenti aparıb müsbət nəticə əldə edən ilk şirkət deyil. Yeni Zelandiyadakı əmlak şirkəti «Perpetual Garden»in sahibi Endryu Barns da eyni sınaq keçirib və məlum olub ki, qısa iş həftəsi həm işçilərə, həm də şirkətə fayda gətirir. İndi həmin şirkət həftədə 4 gün işləyir.
Eləcə də bax: 4 günlük iş həftəsinə keçmək - TƏKLİF EDİLDİ
Araşdırmalar da göstərir ki, işçilər daha qısa iş həftəsi arzusundadırlar. «Future Workplace» təşkilatının 8 ölkədə 3 min işçi arasında apardığı araşdırma göstərib ki, ideal iş həftəsi 4 gün olmalıdır.
«Microsoft»un 4 günlük iş həftəsi eksperimenti isə göstərib ki, bu təkcə işçilərə deyil, şirkətə də sərfəlidir. Məsələn şirkətin enerji və ofis xərcləri azalıb. Belə ki, çap edilən səhifələrin sayı 58,7%, istifadə edilmiş elektrik enerjisi isə 23,1% azalıb.