Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyə Respublikasının Prezidenti yanında İnvestisiya Ofisi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Eləcə də bax: Sahibkarlar üçün “KOB növbə” mobil tətbiqi istifadəyə verildi
FED.az xəbər verir ki, KOBİA-dan bildirilib ki, agentliyin idarə heyətinin sədri Orxan Məmmədov və Türkiyə Respublikasının Prezidenti yanında İnvestisiya Ofisinin sədri Burak Dağlıoğlu tərəfindən imzalanmış sənəddə qarşılıqlı investisiya qoyuluşu və bu sahədə əməkdaşlığın həyata keçirilməsi üçün müvafiq təşkilatlar və qurumlar arasında danışıqların aparılmasına dəstəyin göstərilməsi, informasiya və qabaqcıl təcrübə mübadiləsi, investisiya fəaliyyəti sahəsində nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili kimi əməkdaşlıq istiqamətləri nəzərdə tutulur.
Qeyd edək ki, imzalanma dekabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi çərçivəsində baş tutub.