Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “SVOBODA” Səhmdar Cəmiyyətinin şikayəti əsasında “Karvan 2002” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində araşdırmaya başlayıb.
“Referans” adı mübahisə doğurdu – ARAŞDIRMA APARILIR
FED.az xəbər verir ki, məsələ şirkətin “SVOBODA” adlı beynəlxalq əmtəə nişanından istifadə etməsi ilə bağlıdır.
Şikayətçi tərəf, yəni “SVOBODA” Səhmdar Cəmiyyəti, bildirir ki, “Karvan 2002” MMC onların qeydiyyatdan keçmiş tanınmış əmtəə nişanından icazəsiz şəkildə istifadə edir.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bildirir ki, əgər araşdırma nəticəsində rəqabət qanunvericiliyinin pozulduğu sübuta yetirilərsə, “Karvan 2002” MMC barəsində müvafiq hüquqi tədbirlər görüləcək. Araşdırma hazırda davam edir.