Bir əsrdən çox idi ki, iş görmək üçün ofis işçiləri orduları lazım idi, artıq yox.
Mürəkkəb tapşırıqları və hesablamaları bir anda həll edən Süni zəka (Aİ) və ona əsaslanan robotlar şirkətlərin sevimli oyuncağına çevrilsə də, şirkətlərin yüz minlərlə işçiləri bu «robot inqilabını» həyacan və narahatlıqla izləyirlər.
FED.az xəbər verir ki, bu yenilik onlar üçün faktiki apokalipsisdir – xeyir, robotlar 80-90-cı illərin fantastik filmlərində (yeri gəlmişkən, həmin filmlər də daha fantastik görünmür) göstərildiyi kimi, Yerdə hakimiyyəti ələ keçirib insanları qula çevirmirlər, onlar sadəcə iri şirkətlərdə bütün işləri görərək ixtisarlara, minlərlə insanın işsiz qalmasına səbəb ola bilərlər. Hazırda bu məsələ bütün biznes dünyasında, xüsusilə də 10 minlərlə işçisi olan və daha çox rutin peşələrin olduğu iri şirkətlərdə ən çox müzakirə olunan mövzudur. ABŞ-ın iri şirkətləri artıq buna hazırlaşır və işçilərinin ciddi hissəsini ixtisar edəcəklərini gəzlətmirlər.
İyun ayında «Amazon»un baş direktoru Andy Jassy şirkətin 350000-dən artıq korporativ işçisinə açıq bir mesaj verdi: Süni intellektdən gözlədiyi "səmərəlilik qazancı" sayəsində yaxın gələcəkdə işçilərin sayı daha az olacaq (yəni işçilər ixtisar ediləcəklər). Bəyanat böyük başlıqlar və işçi heyəti tərəfindən hay-küylə qarşılanda. Amma bu bəyanat, sadəcə səmimi idi. «Amazon»un baş direktoru, böyük bir «ağ yaxalıq» (ofis işçiləri) işçi qüvvəsinin başında oturan demək olar ki, hər bir CEO-nun gec-tez deməli olduğu şeyi etiraf edirdi.
«Amazon»un baş direktoru Andy Jassy işçilərin ixtisar ediləcəyinə işarə edən yeganə direktor deyil. «JPMorgan»ın istehlakçı və icma biznesinin rəhbəri may ayında elan edib ki, süni intellekt onun əməliyyatlar bölməsində işçilərin sayını 10% azaldacaq.
Elə həmin ay «Klarna» şirkətinin baş direktoru bildirib ki, şirkətin süni intellektə yatırdığı sərmayələr artıq işçilərinin sayını 40% kiçilməyə vadar edib. On minlərlə «ağ yaxalı» peşəkarı işə götürən bir şirkət olan «Ford»un baş direktoru isə süni intellektin bütün ağ yaxalıq işlərinin “ yarısını” siləcəyini bəyan etdi.
«Workera» proqram təminatı startapının CEO-su və qurucusu Kian Katanforoosh deyir ki, biznesi nə qədər uğurlu olsa da, heç vaxt bu gün sahib olduğu 80-dən çox işçiyə sahib olmaq istəmir. "Həqiqətən inanıram ki, bundan sonra işçi sayını artırmadan super uzağa gedə bilərik. Mən mühəndisəm. Ehtiyac olmasa, bu qədər insanı idarə etmək istəmirəm".
Söhbət CEO-ların maaşlar üçün pul xərcləməkdən və ya böyük kollektikdəki kadr baş ağrılarını idarə etməkdən boyun qaçırmağı deyil. Amma bir əsrdən çoxdur ki, ofis işçiləri orduları iş görmək üçün şirkətlərin zəruri xərci idi. Kiçik startaplardan sənayenin nəhənglərinə çevrilmək üçün bu şirkətlərə daim artan sayda HR nümayəndələri, mühasiblər, marketoloqlar, mühəndislər, analitiklər və layihə menecerləri lazım idi. İndi isə vəziyyət dəyişib.
Son aylar 100 illik tendensiya pozulmağa başlayır. Hara baxırsan, süni intellekt daha incə komandalara əvvəllər daha çox insan tələb edən işi görməyə kömək edir. Və rəhbərlər böyük işçi qüvvələrindən danışırlar. Ən əsası – danışıq tərzi dəyişib. Bir vaxtlar böyük kolloktiv böyük rəqabət üstünlüyü sayılırdı, indi isə onlar keçmiş, şişmiş bir dövrün uğursuz bir sahibləri kimi danışırlar.
Məsələ təkcə bugünkü şirkətlərin işsi ixtisarından getmir. Vəziyyət göstərir ki, qarşıdakı illərdə yaranacaq yeni şirkətlər də, iri kolloektivə malik olmayacaqlar – İri kollektiv dövrü sadəcə bitmək üzrədir.
Əgər bugünkü korporativ nəhənglər öz sıralarını kiçildirlərsə və sabahın gözlənilən nəhəngləri isə heç vaxt belə kollektivə ehtiyac duymayacaqlarsa, biz korporativ Amerikanın əsas simvollarından birinin sonunun şahidi ola bilərik: meqa-işəgötürən. Bu, daha sürətli innovasiya edən, həm də işçilərin karyera yollarının azaldığı və daha az iş dünyasında naviqasiya edən tamamilə yeni nəsil çevik şirkətlərin yaranmasına səbəb ola bilər.
Sənaye İnqilabından əvvəl əksər amerikalılar fermer və ya sənətkar kimi özləri üçün işləyirdilər. Sonradan kiçik müəssisələr və daha böyük qrupların təşkilini tələb edən tekstil istehsalı kimi kapital tutumlu sənayelər meydana çıxdı. Sonra 19-cu əsrin sonlarında dəmir yolları gəldi. Həyata keçirilməsi uzun illər çəkmiş və minlərlə mil məsafəni əhatə edən layihələrlə çox sayda işçi lazım idi.
1930-cu illərdə ABŞ-da işçi qüvvəsinin təxminən onda biri ən azı 10 000 nəfəri olan şirkətlərdə işləyirdi. İkinci Dünya Müharibəsinin sonunda bu pay üçdə birinə yüksəldi. Soxsaylı işçisi olmaq dəbə çevrilirdi.
Kütləvi istehsal inkişaf etdikcə, ən çox nəticələnən yeniliklərin bir çoxu təkcə texniki nailiyyətlərlə bağlı deyildi. Onlar yeni maşınlardan maksimum fayda əldə etmək üçün lazım olan bütün insanların əməyini əlaqələndirmək üçün sosial ixtiralar edirdilər. Montaj xətlərinin qurulması mürəkkəb işləri sadə, təkrarlanan, standartlaşdırılmış tapşırıqlara böldü. Bununla da iri qüvvələri idarə etmək asanlaşdı.
Bu 1970-ci illərə qədər davam etdi. Təqribən 50 il əvvəl yeni idarəetmə fəlsəfəsi işə düşdü. Sənaye robotlar bir çox mavi yaxalı işləri avtomatlaşdırdıqca, IBM kompüterlər isə ağ yaxalıqlı kargüzarlıq rollarını ələ almağa başladılar.
Amma yenə də texnologiyanın avtomatlaşdıra bilmədiyi çoxlu iş var idi, bu o demək idi ki, şirkətlərə onları davam etdirmək üçün kollec təhsilli peşəkarlardan ibarət böyük komandalar lazımdır. Hətta ən qabaqcıl texnologiya şirkətləri öz işçilərini, xüsusən də kodlaşdırıcılarını uğurları üçün kritik vəzifə kimi görürdülər.
Cəmi 11 il bundan əvvəl, 2013-cü ildə «Facebook»un sahibi Mark Zukerberq "Mükəmməl insanları, xüsusən də mühəndisləri işə götürmək hər bir texnologiya şirkətinin üzləşdiyi ən böyük problemlərdən biridir" deyirdi. Əsas problem mühəndis qıtlığı idi - "Ölkəmiz şirkətlərin işə götürmək istədiyi qədər mühəndis istehsal etmir."
Nəticədə texnologiya nəhəngləri, davamlı istedad ehtiyatına malik olduqlarına əmin olmaq və ən yaxşıların ən yaxşısını cəlb etmək və saxlamaq üçün lazım olduğundan daha çox adamı işə götürür, işçiləri ilə tanrı kimi davranırdılar (nazı ilə oynayırdılar).
Və …tanrıların ölümə çevrildiyi anı dəqiq təyin etsək, bu, çox güman ki, 9 noyabr 2022-ci il olacaq – «Meta»nın 11 000-dən çox işçini işdən çıxardığı gün. Bu addımı ilə «Meta» buzu qırdı, ondan sonra demək olar ki, hər bir texnoloji şirkət eyni addımı atdı.
Əvvəlcə, bu ixtisarlar koronavirus pandemiyası zamanı həddindən artıq işə götürülmə ilə əlaqələndirilirdi. Amma üstündən 3-4 il keçsə də, ixtisarlar dayanmayıb və işə qəbul hələ də azalıb.
Ən maraqlısı odur ki, iri texnoloji şirkətlərdə nə inki işçiləri Aİ əvəz edir, hətta bəzən işə götürmə prosesi də Aİ tərəfindən idarə olunur. Getdikcə daha çox AI bu qənaət tədbirlərini idarə edir.
Bir vaxtlar «qızıl kimi» istedad yığan sənayedə dəyişikliklər başlayıb. CEO-lar artıq işçi qüvvəsinin əsas hissəsini əvəzolunmaz hesab etmirlər və onlar belə deyirlər: Mark Zukerberqdən İlon Maska, Dara Xosrovşahiyə qədər texnologiya liderləri arasında adi bir çəkinmə indi “Buranı bəyənmirsənsə, getməlisən” variantıdır.
Vaxtilə «Microsoft», «Meta», «Google» və «Salesforce» kimi şirkətlər ildən-ilə işçilərin sayını etibarlı şəkildə artırdılar. İndi, işçi qüvvəsinin analitik provayderi Live Data-ya görə, onların hamısı 2022-ci ilin pik nöqtəsində olduğundan daha az adamı işə götürür.
«Live Data»nın baş direktoru J. Scott Hamilton deyir ki, bu, yəqin ki, yalnız başlanğıcdır. İxtisarların nə qədər dərinləşə biləcəyini ölçmək üçün onun komandası bu yaxınlarda «Microsoft»da əksər rolların təfərrüatlı məsuliyyətlərini təhlil edərək, nəzəri olaraq süni intellekt tərəfindən yerinə yetirilə biləcək tapşırıqların payını təxmin etdi. Nəticə belədir ki, əgər «Microsoft» şirkəti özünün bütün bu avtomatlaşdırıla bilən tapşırıqları süni intellektə yükləsəydi, bu, hazırda işçilərin gördüyü işlərin 36%-nin ləğvi ilə nəticələnməli idi. Bu, şirkətin təxminən 80 000 işçisini ixtisar edə biləcəyi anlamına gəlir.
Bir tərəfdən, bu, aqressiv bir ssenaridir, çünki şirkətlər yeni avtomatlaşdırma texnologiyasının imkanlarından tam istifadə etmək üçün nadir hallarda öz iş axınlarını tamamilə dəyişirlər. Üstəlik bunu etsələr də proses çox uzun zaman alır. Digər tərəfdən, bəzi işlər texniki cəhətdən mümkün olsa belə, onları səhvlərə meyilli süni intellektə həvalə etmək çox yüksək risk sayılır. Amma şirkətin 80 min işçinin ixtisarı ilə bağlı təxmini səhvdə ola bilər. Çünki «Live Data» araşdırma aparanda süni intellektin 2025-ci il səviyyəli imkanlarınə nəzərə almışdı. Qarşıdakı illərdə isə Aİ daha ağıllı olacaq və daha çox adamı əvəz edə biləcək, yəni bu 80 minlik rəqəm daha böyük ola bilər.
Optimistlər deyirlər ki, yaxşı şirkətlər daha səmərəli ola bilsinlər deyə, sadəcə olaraq işçiləri başqa yerlərdə yerləşdirəcəklər, amma bu belə deyil, o qədər iş yeri sadəcə mövcud deyil.
Oxşar proseslər bugünkü startaplarda başlayıb. OpenAI-nin baş direktoru Sam Altman deyir ki, o, artıq dostları ilə ilk «bir nəfərlik milyard dollarlıq şirkət»in nə vaxt qurulacağı ilə bağlı mərc etməyə başlayıb. «Coreline Ventures» şirkətinin baş tərəfdaşı Artur Kaneko isə bildirir ki, o, ilkin mərhələdə təsisçilərin ilkin maliyyə dövriyyəsini keçmişdə olduğundan daha az işçi ilə - süni intellektlə mükəmməl bilən təsisçilər arasında, bəlkə də yarısından az işçi ilə artırdığını görür.
Kaneko deyir: "Şirkətlərin qurulması üsulu indi süni intellektə görə əsaslı şəkildə dəyişir". " AI kodlaşdırması , AI marketinqi, AI satışından istifadə etməklə insanlar daha az insanla daha çox iş görə bilirlər". Və o düşünür ki, bu startaplar uğurlu biznesə çevrildikdən sonra da az işçi ilə davam edəcəklər. Daha «Meta» və «Microsoft»un olduqları yerə çatmaq üçün onlar qədər işçi saxlamaq lazım gəlməyəcək. «Düşünürəm ki, şirkət başına düşən işçi sayı həmişə startaplarda daha az olacaq».
Oxşar proseslər kiçik işəgötürənlərdə də baş verəcək, kiçik şirkətlər maaş xərcindən əziyyət çəkir və onlar dəyişikliklərə daha açıqdırlar. Onlar yeni şeyləri sınamağa daha çox həvəslidirlər, bu da innovasiyaya təkan verir.
«Gallup»un araşdırmaları göstərir ki, kiçik şirkətlərdəki işçilər ən yüksək məşğulluq barədə məlumat verirlər, amma təşkilatlar 500 işçiyə çatdıqdan sonra ballar ölkə üzrə orta göstəricidən aşağı enir. Lakin kiçilmiş şirkətlər işçiləri vacib bir şeydən də məhrum edə bilər: böyük şirkətlərin təklif etdiyi uzunmüddətli karyera imkanı. Çoxlu rolları olan böyük şirkətlər işçilərə yeni şeylər sınamaq, yüksəlmək və karyera qurmaq imkanı yaradır. Kiçik firmalarda bu yoxdur, bu o deməkdir ki, insanlar gələcəkdə şirkətləri daha çox dəyişməli olacaqlar.
Aİ-nin iş dünyasına «yürüşü» ilə bağlı ortaya çıxan əsas suallardan biri, bütün bunların kollec təhsilli işçilər üçün nə demək olduğudur. Əgər kifayət qədər startap yaranarsa, onlar böyük şirkətlərdən çıxanları əvəzləmək üçün yeni iş yerləri yarada bilərlər. Amma bu mümkün deyil, o qədər şirkəti birdən birə yaratmaq sadəcə mümkün olan məsələ deyil. Böyük şirkətlər daha az, kiçik şirkətlər də daha az işə götürsələr, işçilər hara gedəcək?
Yeganə olaraq arxayınlıq ondan ibarətdir ki, süni intellekt, özündən əvvəlki hər bir pozucu texnologiya kimi, nəticədə məhv etdiyindən daha çox iş yeri yaradacaq. Amma bu da inandırıcı deyil. Oksforddan iqtisadçı Karl Benedikt Freyin fikrincə, bu məqamda, vacib bir detal nəzərə alınmır. Sənaye İnqilabının ilkin mərhələlərində tətbiq edilən yeniliklər və innovasiyalar sadəcə olaraq indiyədək mövcud olan işi daha sürətli və daha ucuz etdi. Məsələn, mahir toxucuların işini avtomatlaşdıran, lakin yenə də az-çox eyni parça istehsal edən dəzgah yarandı. Nəticədə sənayenin gəlirləri sürətlə artsa da, bu artımın böyük hissəsi biznesin sahibləriə çatdı. Bu, bir ovuc sənayeçini çox zəngin etdi, lakin adi işçilərin əmək haqları gözlənilən qədər artmamışdı.
Yalnız sonra - elektrik enerjisi və avtomobil sahəsinin inkişafı vəziyyəti dəyişdi. Avtomobilin kəşfi işçilərə və iş yerlərinə nəfəs verdi. Tamamilə yeni sənayelərin yaranmasına səbəb olan avtomobil sənayesinin qurulması ilə iqtisadi artım gücləndi və daha yaxşı, yüksək maaşlı işlər yarandı. Yəni maaşların artması və yeni iş yerlərinin açılması üçün yeni sahə yaranmalıdır – 100 il əvvəl bu sahə avtomobillər idi. Frey deyir ki, əgər avtomobil sahəsi başlamasaydı biz Sənaye İnqilabını çox fərqli xatırlayardıq.
Hazırda isə korporativ Amerika birinci mərhələdəki vəziyyətdədir. İndi şirkətlərin əksəriyyəti yeni, indiyədək olmayan sahələri yaratmaq əvəzinə, eyni işi daha az insanla görməyə çalışır. Süni intellekt də bunun üçün istifadə olunur. Belə vəziyyətdə isə yeni iş yerlərinin açılacağı böyük sualdır.
Məqalə "Business Insider"in materialları əsasında hazırlanıb