“Biz 15 il ərzində biznes mühitinin yaxşılaşdırılması ilə bağlı böyük addımlar atdıq”.
FED.az-ın məlumatına görə, bunu bu gün Prezident İlham Əliyev Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda söyləyib.
ELƏCƏ DƏ BAX: 2 milyon yeni iş yeri yaradılıb – RƏSMİ
Dövlət başçısı deyib ki, sahibkarlığın inkişafına böyük dəstək verilib: “Təkcə güzəştli şərtlərlə sahibkarlara verilən kreditlərin məbləği 2 milyard manatı ötüb. Sevindirici hal ondan ibarətdir ki, dövlət büdcəsindən bu məbləğin cəmi bir milyard manatı ayrılmışdır. Qalan bir milyard manatdan çox vəsait verilmiş və qaytarılmış kreditlər hesabına yenidən kredit şəklində verilib. Beləliklə, biz kifayət qədər böyük maliyyə resursu yaratmışıq. Bu, bizə imkan verir ki, dövlət büdcəsinin yükünü azaldaq və gələcəkdə güzəştli şərtlərlə sahibkarlara maliyyə dəstəyi göstərək”.
“Bu, sahibkarlara maliyyə dəstəyi göstərməyə imkan verir” - AÇIQLAMA
21:09
29 Yan 2019