Son 15 il ərzində 2 milyon yeni iş yeri yaradılıb.
FED.az-ın məlumatına görə, bunu bu gün Prezident İlham Əliyev Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda söyləyib.
ELƏCƏ DƏ BAX: Regionların inkişafına dair yeni proqram – TƏSDİQLƏNDİ
Dövlət başçısı qeyd edib ki, əhalinin sayı 1,6 milyon artıb: “Bu da çox gözəl göstəricidir. Əhali nə qədər çox olarsa, ölkəmiz də o qədər sürətlə inkişaf edər. Ancaq, əlbəttə, biz bundan sonra da işimizi elə görməliyik ki, iqtisadi inkişaf, iş yerlərinin yaradılması əhalinin artımından daha da sürətlə getsin, artan əhali işlə təmin olunsun. Yeni iş yerlərinin yaradılması regionların sosial-iqtisadi inkişafı proqramlarının tərkib hissəsi idi və qeyd etdiyim kimi, 2 milyon iş yeri yaradılıb. Bu iş yerlərinin böyük hissəsi bölgələrin payına düşür. Kənd təsərrüfatı 1,7 dəfə artıb və əminəm ki, bundan sonra artım daha sürətli olacaq”.
2 milyon yeni iş yeri yaradılıb – RƏSMİ
20:56
29 Yan 2019