12 aprel 2024-cü il saat 12.00-da “Böyükşor Avtonəqliyyat” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, növbədənkənar ümumi yığıncaq səhmdar cəmiyyətinin yerləşdiyi ünvanda Bakı şəhəri, Böyükşor şossesi 2062-ci məhəllədə baş tutacaq.
Gündəlikdəki məsələlərə aşağıdakılar daxildir:
1. Səhmdar cəmiyyətinin direktorunun təyin edilməsi .
2. Səhmdar cəmiyyətinin müşahidə şurası üzvlərinin təyin edilməsi .
Səhmdarlardan şəxsiyyət vəsiqələrinin təqdim edilməsi xahiş olunur.