2023-cü ilin yanvar-dekabr aylarında Azərbaycan xaricdən 54 milyon 570 min ABŞ dolları dəyərində 230 min 55 ədəd paltaryuyan maşını idxal edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 11 milyon 431 min dollar və ya 26.5%, həcm baxımından 63 min 637 ədəd və ya 38,2% çoxdur.
İdxal edilmiş paltaryuyanların çeşidləri isə aşağıdakı kimidir:
| Paltaryuyan nmaşınlar | Sayı | Dəyəri (min dollar) | 1 ədəd paltaryuyanın qiyməti (dollar) | 1 ədəd paltaryuyanın qiyməti (manat) | 
| Tutumu 10 kq quru paltardan çox olmayan, tam avtomatik paltaryuyan maşınlar | 210905 | 51257.11 | 243 | 413 | 
| Tutumu 10 kq quru paltardan çox olmayan paltaryuyan maşınlar, mərkəzdənqaçma sıxma qurğuları ilə təchiz olunmuş | 2550 | 278.83 | 109 | 186 | 
| Tutumu 10 kq quru paltardan çox olmayan digər paltaryuyan maşınlar | 14888 | 731.72 | 49 | 84 | 
| Tutumu 10 kq quru paltardan çox olan paltaryuyan maşınlar | 1712 | 2302.08 | 1345 | 2286 | 
2022-ci ilin yanvar-dekabr aylarında xaricdən 43 milyon 139 min dollar dəyərində 166 min 418 ədəd paltaryuyan maşını idxal edilib.
1 ədəd paltaryuyan maşının idxal qiyməti 2023-cü il ərzində 237 dollar (403 manat), 2022-ci ilin eyni dövründə 259 dollar (441 manat) təşkil edib. Qiymətlərdə son bir ildə 22 dollar, yəni 37 manat (8,5%) ucuzlaşma baş verib.




 
                            
                            
                         
            
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








