Azərbaycanda oktaybr ayında paltaryuyan maşını və soyuducu təmiri xidməti bahalaşıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, bu ilin oktyabr ayında paltaryuyan maşının təmiri 25.93 manat, soyuducu təmiri isə 32.01 manat olub.
Bu ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1.13 manat, yəni 4,6% və 1.51 manat (5%) bahadır.
Ötən ilin oktyabr ayında paltaryuyan maşının təmiri 24.80 manat, soyuducu təmiri isə 30.50 manat idi.