Pirallahıda balıq yetişdirmə zavodu inşa edən “CMS Properties” MMC-nin nizamnamə kapitalı ilkin 23 milyon manatdan 99,5 milyon manata qaldırılıb.
Eləcə də bax: Azərbaycanda balıq bazarları yaradılacaq – YENİLİK
FED.az xəbər verir ki, bu barədə kommersiya hüquqi şəxslərin dövlət reyestrindən məlum olur.
Belələklə, Şirkətin nizamnamə kapitalı 76,5 milyon manat artırılıb.
2016-cı ilin iyun ayında Vergilər Nazirliyi “CMS Properties” MMC-ni 23 milyon manat nizamnamə kapitalı ilə qeydiyyata alıb. Hazırda Şirkətin rəsmi nümayəndəsi Eyvaz Eyvazovdur.
Xəbər verildiyi kimi, Pirallahı rayonunda “Nərəkənd” balıqyetişdirmə kompleksi layihəsi çərçivəsində “NərəMİZ” balıqyetişdirmə zavodu yaradılıb. Layihəni “CMS Properties” şirkəti icra edir.
Açılış zamanı bildirilmişdi ki,ümumi sahəsi altı hektar olan bu müəssisənin ilkin mərhələsində illik istehsal gücü 100 ton nərə, 25 ton çökə əti və 4 ton qara kürüdən ibarət olacaq.