Azərbaycanın böyük özəl gəmiçilik şirkəti olan “Caspian Marine Services Limited” və “Caspian Marine Service B.V.” (CMS) şirkətlərinə daxil olan şirkətin nizamnamə kapitalı 2022-ci ildə ikinci dəfə artırılmaqla 179 mln. manatı ötüb.
“Agroterm” nizamnamə kapitalını 1 milyon manat - AZALDIB
FED.az Banker.az-a istinadən xəbər verir ki, nizamnamə kapitalı artırılan, Pirallahı rayonunda nərə balığı yetişdirilməsi ilə məşğul olan “CMS Properties” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Şirkətin kapitalı 23 milyon 800 min manat, yaxud 15 faiz artırılıb. Beləliklə, onun kapitalı 155 milyon 625 min manatdan 179 milyon 425 min manata qaldırılıb.
“CMS Properties” MMC-nin nizamnamə kapitalı 2022-ci ilin aprelində 3 400 000 manat, yaxud 2.2% artırılmışdı. Bu da 2022-ci ildə onun nizamnamə kapitalının 27 min 200 min artırılması deməkdir.
Şirkət 2016-cı ildə təsis edilərkən isə onun cəmi 25 min manat nizamnamə kapitalı var idi.
“CMS Properties”nin Bakının Pirallahı rayonunda “Nərəkənd” balıqyetişdirmə kompleksi vardır. Ölkə başçısının 2017-ci ildə bu şirkətinin layihənin təməlqoyma mərasimində deyilmişdi ki, qapalı tipli fermada ildə 75 ton rus nərəsinin və 25 ton çökə ətinin, habelə 4 ton kürünün istehsalı nəzərdə tutulub.
“Caspian Marine Services Limited” Azərbaycananda 2010-cu ildən, “Caspian Marine Service B.V.” (B.V. – holland dilində besloten vennootschap) isə 2018-ci ildən filial kimi fəaliyyət göstərilirlər. Hər iki şirkətin Azərbaycandakı filialının baş direktoru Zamiq İsmayılov Ömər oğludur (əvvəllər ASCO-nun sədr müavini idi).
Xəzər dənizində neft-qaz hasilatı ilə bağlı əməliyyatların təmin edilməsi və neft-qaz platformalarına işçilərin daşınması üçün dəniz nəqliyyatı xidmətləri göstərir.
Xəzər regionunda fəaliyyətə 2006-cı ildə başlamışdır. Əsas fəaliyyəti, müasir texnologiyalardan və qabaqcıl idarəetmə sistemlərindən istifadə etməklə, Xəzərin Azərbaycan və digər sektorlarında çalışan şirkətlərə dəniz nəqliyyatı xidmətlərinin göstərilməsindən ibarətdir. Fəaliyyət göstərdiyi sənaye sahəsində davamlı inkişaf məqsədi ilə şirkət digər şirkətlərlə əməkdaşlıq edir və bütün hüquqi tələblərə uyğun və mümkün qədər əsaslandırılmış şəkildə təşkil edir.