“Agroterm” MMC (iri pomidor istehsalçısı və ixracatçısı) nizamnamə kapitalının azaldılması ilə bağlı qərar qəbul edib.
Eləcə də bax: Aqroparklara 1,4 milyard manat özəl - İNVESTİSİYA QOYULUB
FED.az şirkətin elanına istinadən bildirir ki, nizamnamə kapitalı 1 milyon manat azaldılıb.
“Agroterm” MMC-nin nizamnamə kapitalı 24 milyon 712,455 min manat təşkil edirdi. Beləliklə, nizamnamə kapitalı 4% - 23 milyon 712,455 min manata qədər azaldılıb.
Şirkət nizamnamə kapitalının azaldılmasının səbəblərini açıqlamır.
“Agroterm” MMC 2017-ci il aprel ayının 14-də dövlət qeydiyyatına alınıb. Şirkət Xızı rayonunda fəaliyyət göstərir. (İnterfaks-Azərbaycan)