Keçmiş vergilər naziri Fazil Məmmədovun biznesinin bir hissəsi sayılan “Synergy Group” MMC-də kadr dəyişikliyi ara vermir. Bu dəfə keçmiş nazirin kürəkəninin oğlu qrupun icraçı direktoru təyin edilib.
Eləcə də bax: “NBC Lizinq”in direktoru - Dəyişib
FED.az xəbər verir ki, kommersiya hüquqi şəxslərin dövlət reyestrinin yenilənmiş məlumatlarına görə, Elnur İsgəndərov “Synergy Group” MMC-də icraçı direktor Rauf Axundovu əvəz edib.
Elnur Bakının Binəqədi Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Xaləddin İsgəndərovun oğludur. H.İsgəndərov bu ilin mayında bu vəzifədən kənarlaşdırılıb. Oğlu atasının nəzarət etdiyi regional strukturlardan birində rəhbər vəzifədə işləyirdi. (Turan)