“NBC Lizinq” MMC-nin direktoru Orxan Mirzəyev vəzifəsindən azad edilib.
Eləcə də bax: “Bank VTB (Azərbaycan)”da - Yeni Təyinat
FED.az xəbər verir ki, şirkətə rəhbərlik Balabəy Rzayevə həvalə olunub.
Xatırladaq ki, “NBC Lizinq” 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 49 950 manatdır. Şirkətin təsisçiləri 40% payla ləğv prosesində olan “NBC Bank” ASC və 60% payla hər iki maliyyə qurumunun daxil olduğu “Nurgun Group” MMC-dir. (Report)